AZ

Vanqanın 2025-ci illə bağlı qorxulu proqnozları: Böyük müharibə, sonun başlanğıcı, Putin...

Öncəgörümlərinin çoxu gerçəkləşdiyi üçün kult fiqura çevrilən Vanqanın 2025-ci il üçün də diqqətçəkən proqnozları var. 

Avropada böyük müharibə barədə xəbərdarlıq edən Vanqa Rusiya Prezidenti Vladimir Putin haqqında da qeydlər edib.

“Cebheinfo.az” xəbər verir ki, Vanqanın bəzi proqnozları gerçəkləşib.

II İkinci Dünya müharibəsi, 11 sentyabr hücumu, Şahzadə Diananın ölümü, Obamanın prezident seçilməsi və hətta koronavirus epidemiyasından xəbəri olduğu iddia edilən Vanqa 2024-cü ilin sonuna sayılı günlər qalmış yenidən dünya gündəmindədir.

2025-ci il - Sonun başanğıcı 

Balkanların Nostradamusu kimi tanınan Vanqa 28 il əvvəl, 1996-cı ildə vəfat edib. Onun dediklərindən heç bir yazılı mətn qalmasa da, məşhur görücünün 5079-cu ilə qədər verdiyi proqnozlar hər il səbirsizliklə gözlənilir. 

Vanqaya görə, 2025-ci il sonun başlanğıcı  olacaq. 

Böyük müharibə  

Vanqa öz proqnozlarında 2025-ci ildə Avropada əhali üçün təhlükə yarada biləcək və potensial olaraq qlobal apokalipsisə səbəb ola biləcək böyük müharibə barədə xəbərdarlıq edib. Ukraynada davam edən müharibə və tərəflər arasında baş verən son hadisələr bu peyğəmbərliyin gerçəkləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb. ABŞ və Böyük Britaniyanın Kiyev administrasiyasına “uzaqmənzilli silahlardan istifadə”  qərarı, Rusiyanın yeni istehsal etdiyi raketlərlə Ukraynaya hücumu regionda gərginliyi artırıb və münaqişənin qlobal miqyaslara keçə biləcəyi qorxusunu artırıb.

Təkcə bir şey təhlükəsiz olacaq

Qərb mətbuatı Nostradamusun da Avropa üçün bənzər bir müharibə xəbərdarlığı etdiyini yazır və Putinin bu münaqişədən qalib çıxıb qlobal hökmranlığa yüksələ biləcəyi iddia edilir. Xəbərlərdə Vanqa 1979-cu ildə rus jurnalist-yazıçı Valentin Sidorova dediyi "Hər şey buz kimi əriyəcək. 

Yalnız bir şey toxunulmaz qalacaq. Bu, Vladimir və Rusiyanın şöhrəti olacaq. Rusiya nəinki qalacaq, hətta dünyaya höm edəcək” sözləri ön plana çıxıb.

Laboratoriyada insan orqanları hazırlanacaq

Məşhur öncəgörənin 2025-ci ilə dair proqnozları bununla məhdudlaşmır. 

Vanqanın dediyinə görə, gələn il ərzində ağıldan ağla ünsiyyət texnikasında böyük bir irəliləyiş əldə ediləcək və elm adamları telepatik ünsiyyət üçün beyin dalğalarından istifadə etməyin yolunu tapacaqlar. Elmlə bağlı başqa bir “peyğəmbərlik” isə elm adamlarının laboratoriyalarda insan orqanlarını istehsal edə biləcəkləri mərhələyə çatacaqlarıdır. Vanqanın dediyi ən diqqətçəkən proqnoz 2025-ci ildə baş tutacaq böyük bir idman tədbiri zamanı yad canlılarla ilk əlaqənin qurulmasıdır.

Vanqa kimdir?

 Vanqa 31 yanvar 1911-ci ildə anadan olub. Ömrünün çox hissəsini Bolqarıstanın Kojuh dağlarında keçirən bu qadının paranormal qabiliyyətlərə malik olduğu güman edilir. Uşaq ikən qasırğaya tuş gələn Vanqa günlər sonra gözləri qum və toz içində tapılıb.

Onu sağaltmaq üçün edilən bütün səylərə baxmayaraq, görmə qabiliyyətini itirib. İkinci Dünya müharibəsi zamanı Vanqanın paranormal qabiliyyətlərə malik olduğu irəli sürülürdü.  İnsanlar qohumlarının sağ olub-olmadığını öyrənmək üçün onun yanına gediblər. Onu ziyarət edənlər arasında bolqar çarı III Boris də var idi. Vanqa 1996-cı il avqustun 11-də döş xərçəngindən vəfat edib. Onun dəfnində böyük izdiham, o cümlədən bir çox nüfuzlu şəxslər iştirak edib.

Vanqanın ən maraqlı proqnozları

Seçilən
12
cebheinfo.az

1Mənbələr