"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia bu il "Ferents Puşkas" mükafatını qazana bilər.
Fanat.Az xəbər verir ki, Əlcəzair millisinin 30 yaşlı futbolçusu martın 26-da ölkəsinin yığması ilə CAR arasında keçirilən beynəlxalq yoldaşlıq görüşünün 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə FIFA-nın açıqladığı namizədlər siyahısında yer alıb.
Xatırladaq ki, həmin qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Benzia bu oyunda dublla (22, 70) yadda qalıb.