AZ

GÜRCÜSTAN XİN-İN 100-DƏK ƏMƏKDAŞI BAŞ NAZİRİN QƏRARINA QARŞI

Gürcüstan Xarici İşlər Nazirliyinin əməkdaşları Baş nazirin Avropa İttifaqına üzvlük prosesinin 2028-ci ilin sonuna qədər dayandırılması ilə bağlı bəyanat yayıblar.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, nazirliyin 100-dək əməkdaşı hökumətin Avropa İttifaqına üzvlük prosesinin 2028-ci ilin sonuna qədər dayandırılması ilə bağlı qərarına qarşı çıxıblar. Bəyanatda deyilir: "Bizim, diplomatlar olaraq ən əsas vəzifəmiz Gürcüstan milli maraqlarını müdafiə etmək və Konstitusiyaya sadiq qalmaqdır. Gürcüstan diplomatiyası illər ərzində tam gücü ilə ölkənin Avropa və Avroatlantik strukturlara üzv olmasını təmin etməyə çalışmışdır ki, bu da Gürcüstan xalqının iradəsi və tarixi seçimidir. 2028-ci ilə qədər Gürcüstan tərəfindən Avropa İttifaqına üzv olmaq üçün danışıqların gündəlikdən çıxarılması haqqında verilən bəyanat ölkənin strateji maraqları ilə uyğun gəlmir. Avropa İttifaqının genişlənmə dalğası hansı ki, Gürcüstanın Avropa ailəsinə qayıtmaq üçün misilsiz tarixi imkan yaradır. Ölkənin bu fürsətdən bir tərəfli şəkildə imtina etməsi mənfi strateji nəticələrə səbəb olacaq. Bundan əlavə, Avropa və Avroatlantik strukturlara üzvlük baxımından belə əlverişli şəraitin bir daha yaranmaması mümkündür. Üstəlik, üzvlük üzrə danışıqlar prosesinin dayandırılması ölkəni təcrid edəcək. Qərb tərəfdaşlarının dəstəyi olmadan Gürcüstan yalnız beynəlxalq və təhlükəsizlik mühitində gedən proseslərin fonunda yaranan təhdidlər ilə tək başına qalacaq. Biz hesab edirik ki, 2028-ci ilə qədər Avropa İttifaqı ilə üzvlük danışıqlarının gündəlikdən çıxarılması Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin tələblərinə ziddir. Biz, Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyası kursuna sadiq qalırıq".

 Bəyanat açıqdır və dünən 40 nəfər, bu gün isə 60 nəfər imzalayıb. Bəyanatı imzalayanların sayının artacağı gözlənilir.

Tezadlar.az xatırladır ki, dünən Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdiklərini bildirib. Bu isə ölkədə yeni bir siyasi qalmaqalın və narazılığın bünövrəsini qoyub.

A.Məmmədli

Seçilən
10
6
tezadlar.az

7Mənbələr