AZ

Gürcüstan Avrointeqrasiya məqsədinə sadiq qalır - Kobaxidze

“Gürcüstan Avrointeqrasiya məqsədinə sadiq qalır”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Gürcüstan hökuməti 2030-cü ildə Avropa İttifaqına daxil olmaq üçün bütün praktiki addımları atacaq.

“Avropaya dinc formada, ləyaqət və tərəqqi ilə. Bu prosesə münasibətimiz belədir. Biz heç kimə ölkəmizi süni alətlərlə şantaj etməyə və daimi olaraq cəmiyyətimizi parçalamağa cəhdlər göstərməyə imkan verməyəcəyik”, - İ.Kobaxidze deyib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
17
teleqraf.com

1Mənbələr