AZ

MDB ölkələri sənaye kooperasiyası üzrə əməkdaşlıq istiqamətlərini təsdiqləyiblər

Noyabrın 29-da Moskvada MDB İqtisadi Şurasının 104-cü iclası keçirilib. Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən tədbirdə MDB-yə üzv dövlətlərin iqtisadi əməkdaşlığına dair geniş müzakirələr aparılıb. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

MDB İcraiyyə Komitəsinin məlumatına görə, tədbir çərçivəsində İqtisadi Şuranın üzvləri bir sıra sənədləri təsdiqləyiblər:

- MDB-yə üzv dövlətlərin vahid əmək bazarının və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinin mərhələli formalaşdırılması Konsepsiyası;

- Atom enerjisindən dinc məqsədlərlə istifadədə təhlükəsizlik məsələlərinin təkmilləşdirilməsi üzrə tədbirlər kompleksi. Bu sənəd atom sahəsinin inkişafı üçün institusional əsasların təkmilləşdirilməsinə, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyinin tövsiyələrini nəzərə alaraq nüvə texnologiyalarının dinc istifadəsi proqramlarının inkişafında iştirak edən təşkilatlara elmi-texniki dəstəyin təmin edilməsinə yönəldilib.

- Milli sənaye inkişaf strategiyaları əsasında sənayenin prioritet sahələrinin və sənaye kooperasiyası üzrə əməkdaşlıq istiqamətlərinin siyahısı. Sənəd MDB-yə üzv ölkələrin innovativ sənaye klasterlərinin formalaşmasının stimullaşdırılması, yeni texnologiyaların, materialların yaradılmasına, yeni kompetensiyaların və bacarıqların inkişafına yönəlmiş elmi tədqiqatlar və inkişaf işləri üzrə səylərin birləşdirilməsinə, qabaqcıl sənaye texnologiyaları və innovativ məhsul istehsalı sahəsində peşəkar hazırlıq, ixtisasartırma və yenidən hazırlıq sahəsində əməkdaşlığa yönəlib.

İqtisadi Şuranın növbəti iclası 2025-ci il aprelin 28-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

Seçilən
9
vergiler.az

1Mənbələr