AZ

Zirzəmiyə kanalizasiya suyu axır...  

Qəzalar həmişə olub, bu gün də var və sabah da olacaq. Amma əsas məsələ odur ki, o qəzaların qarşısı vaxtında alınsın.Belə qəzalardan biri də kanalzasiya  sularının zirzəmilərə axmasıdır.Aydındır ki,  çirkab suların zirzəmiyə axması orada həm üfunət yaradır, həm də binarın möhkəmliyini zəiflədir.

Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin " D" massivindəki 13 nömrəli binanın zirzəmisi də belə bərbad gündədir.Neçə illərdir ki,  kanalizasiya xəttindəki zədələnmə nəticəsində  həmin binanın zirzəmisinə çirkab su axır. Mənzil Tikinti Kooperativin sədri bu barədə adiyyatı quruma məlumat versə də ya onlar gəlmir, ya da  gec gəlirlər. Və gələndə də əsaslı təmir əvəzinə , başdangetdi  işlər görür, bir neçə gündən onların təmir etdiyi xəttdən yenidən zirzəmiyə çirkab su axır. Zirzəmidə o qədər su yığılıb ki, üfunət uzaqdan hiss edilir.

MTK- sədri Fərman Kazımov  məlum quruma müraciət etməkdən  artıq təngə gəlib. Bu dəfə isə İdarə Heyətinin üzvü  Hafiz müəllim yenə həmin quruma üz tutub, əməkdaşlar gəliblər, su axan yerə əl gəzdiriblər" hər şey düzələttik"- deyib. Və onlar gedəndən bir neçə saat sonra  həmin yerdən zirzəmiyə su axıb. Binalara istiliyin verilməsi ilə əlaqədar olaraq , zirzəmiyə çirkab sular dolduğuna görə, " Azəristiliktəchizatın"  əməkdaşları zirzəmiyə girib təmir işləri apara bilmir.

Noyabrın 29- da  qazanxana çilingəri zirzəmi kanalizasiya suyu ilə dolu olduğuna görə ora girə bilmədi. Suraxanı rayon Su Kanal idarəsinin əməkdaşlarının məsuliyyətsizliyinə görə, çirkab sular günü bu gün , bu saatda 13 nömrəli binanın zirzəmisinə axır! Sabah o binada  çökmə baş versə, bəs bunun məsuliyyətini kim  boynuna alacaq???

Emil Faiqoğlu        

Seçilən
12
adalet.az

1Mənbələr