AZ

Bu ölkə Fransaya “QAPILARI BAĞLADI” - ŞOK

Çad və Nigerin ardınca Seneqal da Fransayla hərbi əməkdaşlığa son qoyduğunu elan edib.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Seneqal prezidenti Bassiru Diomaye Faye məlumat verib.

Prezidentin sözlərinə görə, Fransa ölkədəki bütün hərbi bazalarını bağlamalıdır. O, həmçinin Fransa hərbi qüvvələrinin Seneqaldakı mövcudluğunun ölkəsinin suverenliyi ilə uzlaşmadığını vurğulayıb.

"Tezliklə Seneqalda artıq Fransa əsgərləri olmayacaq," – deyə Seneqalın lideri bildirib.

Bu qərar, Afrikanın bəzi ölkələrində Fransanın hərbi mövcudluğuna qarşı artan narazılıqlar və müstəqillik meyillərinin fonunda diqqət çəkir.

Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr