Hindistanda keçirilən anım tədbiri zamanı yandırılan məşəllər yanğına səbəb olub.
Alovun onlarla insanın bədənini bürüdüyü üçün böyük çaxnaşma yaşanarkən 30 nəfərin də yaralandığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, 2009-cu il noyabrın 28-də Hindistanın Madhya Pradeş əyalətinin Khandva şəhərində baş verən hücumda həyatını itirənlərin xatirəsini anmaq üçün keçirilən tədbirdə fəlakətin astanasından qaçıb.
Dünən axşam saatlarında keçirilən tədbirdə alovlandırılan məşəllər mərasimin sonunda söndürülməsi üçün tərsinə çevrilərək su ilə doldurulmuş qaba qoyularkən, birdən ətrafı alov bürüdü. Alov onlarla insanın bədənini bürüdüyündən böyük panika yaşanıb.
Çoxlu insan ətrafa qaçıb və alov qısa zamanda söndürülüb. Polisin verdiyi açıqlamada qadın və uşaqların da olduğu 30 nəfərin yaralandığı bildirilib.
Xəstəxanaya çatdırılan yaralılardan 18-nin evə buraxıldığı, 12 nəfərin müalicəsinin davam etdiyi və xəsarətlərinin həyati təhlükəsinin olmadığı bildirilib.