AZ

İran XİN: Terrorçuların Suriyadakı hərəkətləri ABŞ və İsrailin planıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Suriyadakı son vəziyyəti dəyərləndirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bekayi açıqlamasında son hadisələrin İsrail və ABŞ-nin Qərbi Asiya regionunda sabitliyi pozmaq planının bir hissəsi olduğunu və Astana razılaşmalarının pozulması olduğunu bildirib:
 
\"Son iki gündə Suriyada terrorçu qrupların törətdikləri, terrorçu İsrail rejimi və ABŞ-nin Qərbi Asiya regionunda sabitliyi pozmaq planının bir hissəsidir\".
 
Bekayi Astana razılaşmasına əsasən, Hələbin şimal və şimal-qərbindəki ərazilərinin və İdlibin \"münaqişəsiz zona” hesab edildiyini ifadə edib:
 
\"Terror qruplarının bu bölgələrə hücumu Astana razılaşmalasının kobud şəkildə pozulmasıdır”.
 
Bekayi həmçinin xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyət tərəfindən Suriyada terror hərəkatları ilə mübarizədə terror fenomeninin qarşısının alınması və onunla mübarizədə hər hansı bir gecikmə, ötən illərdə terrorla mübarizədə əldə edilmiş bütün nailiyyətləri təhlükə altına salacaq.
 
Oksana 

Seçilən
8
azxeber.com

1Mənbələr