Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Estoniya ilə qarşılaşıb.
Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq görüş rəqibin 3:0 hesablı qəlöəbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. Təmsilçimiz dekabrın 2-də meydan sahibləri ilə üz-üzə gələcək.