AZ

“Dekabrın ikisinə qədər...” – Le Pen Fransada hökuməti devirməklə hədələdi

Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen 2025-ci il büdcə layihəsində tələblərinin təsdiq olunmayacağı təqdirdə mövcud hökuməti devirməklə hədələyib.

“AzPolitika” xəbər verir ki, Le Pen büdcə tələbləri üçün hazırkı Baş nazir Barnierə dekabrın 2-dək vaxt verib.

Le Pen elektrik enerjisi qiymətlərindəki vergi artımının geri götürülməsinə baxmayaraq, 2025-ci il büdcəsinin hazırkı variantında hələ də problemlərin olduğunu vurğulayıb. O, Baş nazir Barnierin hökuməti devirmək üçün etimadsızlıq təklifini dəstəkləmək niyyətinin Fransa Konstitusiyasının 49-cu maddəsinin 3-cü bəndinə əsasən etibarlı olduğunu bildirib.

Qeyd edək ki, hökumətin oktyabrın 10-da parlamentə təqdim etdiyi 2025-ci il büdcəsində 40 milyard avro qənaət və 20 milyard avro vergi artımı nəzərdə tutulur. Fransada bu il büdcə kəsiri Avropa İttifaqının (Aİ) müəyyən etdiyi 3 faizlik həddi xeyli aşır.

“AzPolitika.info”

Seçilən
36
azpolitika.info

1Mənbələr