AZ

Kombi alarkən bunlara diqqət etmək vacibdir — MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Payız və qış aylarında vətəndaşların ən çox ehtiyac duyduğu avadanlıqlardan bir də kombidir. Sazlığı qaydasında olmayan və tez-tez xarab olan kombilər soyuq günlərdə insanlar üçün ciddi problemə çevrilə bilir.

Kombi alarkən, yaxud istifadə zamanı hansı amillərə diqqət etmək lazımdır? Seçimində hansı nüanslar önəmlidir?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis Rəsul Alahverdiyev bildirib ki, kombi alarkən onun setifikatına, markasına və ehtiyat hissələrinin satışda olub-olmamasına diqqət etmək çox vacibdir:

“Kombi alarkən vətəndaşların diqqət etməli olduğu əsas amillərdən biri onun keyfiyyət sertifikatının olması, brend marka olması, az təzyiqli qazla işləməsi və servisində ehtiyat hissələrinin olmasıdır. Ümumiyyətlə müştəri kombi almadan öncə, mütləq servisə gedib onunla maraqlanmalı, ehtiyat hissələrinə baxmalıdır. Ən əsası alacağı kombinin ustasının olub-olmadığını dəqiqləşdirməlidir. Yəni bir kombi seçərkən, daha sonra yaranacaq nasazlıqları aradan qaldırmaq üçün bunlar mütləqdir. Orijinal  yüksək keyfiyyətli və brend kombilər, Azərbaycana Avropadan gəlir. kombinin az təzyiqli qazla işləyib-işləməməsinə də diqqət etmək lazımdır. Kombinin altında yerləşən seriyada nömrəsindəndə onun hansı ölkə istehsalı olması bilinir. Vətəndaş kombi almadan öncə həmin seriyanı internetdə yoxlasa, daha yaxşı olar”.

Mütəxəssis qeyd edib ki, kombinin sazlığını təmin etmək üçün onların illik texniki baxışını həyata keçirmək mütləqdir:

Seçilən
17
2
demokrat.az

3Mənbələr