AZ

Gəminin batması ilə bağlı araşdırma başa çatıb

Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin ekipaj səhvi səbəbindən batdığı müəyyən edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki,  bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, istintaqı aparan hərbi məhkəmənin ilkin qənaətinə görə, qəzanın ekipajın avtomatik pilotda olduğunu anlamaması və quruya doğru hərəkət edən gəmiyə müdaxiləni gecikdirməsi nəticəsində baş verdiyi müəyyən edilib.

Qeyd edək ki, Yeni Zelandiya donanmasına aid tədqiqat gəmisi oktyabrın 5-də Samoanın cənubundakı Upolu şəhəri yaxınlığındakı qayalara çırpılarkən alovlanıb və batıb.

Seçilən
9
operativmm.az

1Mənbələr