2020-ci ildə 45 dəqiqəlik kliniki ölüm keçirən 35 yaşlı Maykl Knapinskinin sağ qalacağına heç kim ümid etmirdi.
Belə ki, onun bədəninin temperature 21 dərəcəyə kimi düşmüşdü, bu faktiki meyit dərəcəsidir.
“Medicina” xəbər verir ki, dünyaya yenidən doğulandan sonra Maykl həyatını dəyişəcəyinə söz vermişdi.
Artıq 49 yaşı olan Maykl bu il qətl ittihamı ilə həbs edilib.
Qətlin təfərrüatları bəlli olub: belə ki, Knapinskinarkotik maddə əldə etmək üçün bir nəfərlə görüşür.
Daha sonra həmin şəxsi avtomobildə öldürülmüş tapırlar.
Dayanacaqda güllə ilə öldürülən kişininqətlində Maykl şübhəli bilinir.
Məhkəmə istintaqı zamanı Maykl qətli törətdiyini etiraf edib. Sənədlərin təhlili göstərib ki, komadan ayıldıqdan sonra onun həyatı mənfiyə doğru dəyişib. O, xırda cinayətkarlıq törətsə də, hər dəfə cərimələrlə bundan yayınıb.
Bu dəfə onun uzun müddət həbs yatacağı gözlənilir.
Aygün Musayeva