AZ

Növbəti Qənimətlər Parkı Naxçıvanda olacaq



Azərbaycan-Ermənistan şərti sərhəd bölgəsinə toplaşaraq mavi geyimdə şəkil çəkdirənlərin, “binokl şousu”nda züy tutanların sırasına Polşanın dövlət başçısı Andjey Duda da qoşulub.
Ermənilərə Qudalıq edən Dudanın Azərbaycanla sərhəd bölgəsində “kəşfiyyat aparması” nə diplomatik etiket qaydalarına sığır, nə də ki, Prezidentə yaraşan hərəkət deyil.
Duda durbinlə haraya və nəyə baxmaq istəyir?
O, əgər Azərbaycan hərbçilərinin mövqelərini və döyüş hazırlığını yoxlamaq istəyirsə, dərindən baxsın, Silahlı Qüvvələrimiz ayıq-sayıq və dirigözlüdür, Ermənistandan gələ biləcək hansısa təxribatı anındaca dəf etməkdə, terrorçunun başını əzməkdə indi daha da güclüdür.
Polşa Fransa və Qərbin bəzi Anti-Azərbaycan qüvvələrinin cərgəsinə qoşulub Ermənistanı silahlandırmaq, müharibəyə təhrik etmək provakasiyasına qoşulmaqla ermənilərə yaxşlıq deyil, daha da pislik edə bilər. Onun bu “xilaskarlığı”nın Ukrayna xalqına hansı fəlakətlər gətirdiyi bəllidir.
Sülh müqaviləsi danışıqları adı ilə xaltura ilə məşğul olan, hiyləgərcəsinə Hindistan, Fransa, Yunanıstan və s. ölkələrdən silah toplamaqla vaxtı uzadan, Aİ mavilərini sərhədə gətirən Nikol Paşinyan isə konkret yolunu müəyyən etməldidir.
Ya sülh, ya da ....
Prezident İlham Əliyev bu günlərdə Zəfər Parkı və Zəfər Tağı memorial kompleksinin açılış mərasimində bəyan etdi ki, erməniləri sılahlandıraraq yenə də Cənubi Qafqazda aranı qarışdırmaq, qan tökmək, bulanıq suda balıq tutmaq xülyasına düşənlər bundan çəkinsinlər.
Ermənistan isə fitnəyə getməsin, bu ölkə heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaq.
44+1 günlük hərbi Zəfərlər İrəvana dərs olmadısa, növbəti 23 saatlıq anti-terror əməliyyatı Ermənistan üçün tam faciə, kabus ola bilər.
Bu dəfə Azərbaycan Ordusu Zəngəzur dəhlizindən Naxçıvana keçərək bütün erməni terrorçularının üstündən birdəfəlik xətt çəkəcək.
Növbəti Hərbi Qənimətlər Parkı, Zəfər Tağı abidəsi Naxçıvanda ucaldıla bilər.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Seçilən
12
newscenter.az

1Mənbələr