Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.
İdman.biz xəbər verir ki, tədbir Bakı İdman Sarayında təşkil edilib.
Açılış mərasiminə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu və qurum rəsmiləri qatılıblar.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Vasilyeva yarış iştirakçılarını salamlayaraq, iştirakçılara uğurlar arzulayıb.
Rəsullu isə diqqəti çempionatın əhəmiyyətinə yönəldib. O bildirib ki, yarışda ölkəmizin müxtəlif bölgələrindən cüdoçuların çıxış etməsi sevindirici haldır.
Mərasim nümunəvi çıxışlar və musiqi ilə davam etdirilib.
Qeyd edək ki, dekabrın 1-də başa çatacaq yarışda 60 idman təşkilatından 320-dən çox cüdoçu mübarizə aparacaq.
Emin Ağa
İdman.biz