AZ

Rusiyada futbolçu qətldə şübhəli bilinərək həbs edilib

Moskva vilayətinin Domodedovo şəhərində rusiyalı futbolçu Vitali Melnikov da daxil olmaqla 6 gənc bir nəfəri qaçıraraq işgəncə ilə öldürüblər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Oğurlanan 30 yaşlı kişinin oktyabrın 31-dən itkin düşdüyü bildirilib. Onun meyiti noyabrın 14-də meşədə tapılıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqda bildirilib ki, cinayətkarlar Çexov şəhər dairəsinin meşə ərazisində kişini vəhşicəsinə döyüblər. Kişi huşunu itirdikdən sonra cinayətkarlar qaçıblar, zərərçəkən isə ölüb. 

Polislər futbolçu və  digər şəxslər barəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma” və “Oğurluq” maddələri ilə cinayət işi açıblar.

Qeyd edək ki, Vitali Melnikov  "Kvant" klubunun futbolçusudur. 

Gülayə Mecid 

 

Seçilən
9
1
unikal.az

2Mənbələr