Ukayna prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Teleqram” kanalında məlumat yayıb.
Zelenski Almaniya kanslerinə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsində göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
“Mən Şoltsa Ukraynanı, xüsusən də Rusiya təcavüzündən müdafiəmizi və sabitliyimizi dəstəkləməyə davam etmək istəyinə görə minnətdaram. Biz ikitərəfli addımlarımızın və tərəfdaşlarımızın addımlarının Ukraynanı gücləndirə biləcəyini müzakirə etdik”, - deyə siyasətçi vurğulayıb.
Almaniya kansleri Ukrayna prezidentinə Putinə zənginin təfərrüatlarını açıqlayıb.
"Aydındır ki, yalnız silah gücü və diplomatiyanın gücü birlikdə müharibəni törədəni sülhə vadar edə bilər və sülh yalnız güc yolu ilə mümkündür", - deyə Zelenski əlavə edib.
O, qeyd edib ki, Rusiyaya təzyiqlərin artması və Ukraynanın mövqelərinin güclənməsi vacibdir, çünki bu, Rusiyanı real sülhə vadar edəcək.
Daşqın HəsənovMissiya.Az