İndoneziyada bir adamı piton udub.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mirror" yazıb.
Noyabrın 26-da axşam 30 yaşlı Peko fermeri Şimal Luvu rayonunda şəkər hazırlamaq üçün qamış şirəsi yığarkən pitonun hücumuna məruz qalıb. Yeddi metrlik nəhəng ilan onun bədəninə sarılaraq nəfəsinin dayanmasını gözləyib və sonra təxminən 1,6 metr boyunda olan Pekonu yeyib, daha doğrusu udub.
Axşama yaxın fermerin Vavan adlı qaynı Pekonun evə qayıtmamasından narahat olub, onu axtarmağa gedib. Qamışların yaxınlığında onun böyük bir ilan tərəfindən udulduğu məlum olub. O, həmin pitonu tapıb.
Sonra Vəvan kürəkəninin yaşadığı kəndin sakinləri ilə birlikdə ilan olan yerə qayıdıblar. Birlikdə pitonun qarnını cırıb cəsədi çıxarıblar.