“Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlıq genişlənir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiyanın Müdafiə Naziri Andrey Belousov bildirib.
"Biz ən yüksək səviyyədə əldə edilmiş bütün razılaşmaları həyata keçirmək əzmindəyik. Rusiya tərəfi koreyalı yoldaşlarla səmərəli və sıx qarşılıqlı əlaqə gözləyir”, - deyə o bildirib.
Eyni zamanda nazir bu danışıqların iki ölkə arasında müdafiə sektorunda strateji tərəfdaşlığın möhkəmlənməsinə kömək edəcəyinə əminliyini də ifadə edib.