AZ

Deputat: "İşğaldan azad edilmiş əraziləri üçün xüsusi vergi yanaşması olmalıdır"

Vergi Məcəlləsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə münasibətdə xüsusi yanaşma - ayrıca anlayış olmalıdır.

Sitat.info xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Vergi güzəştləri müsbət addımdır. Ancaq bu güzəştlər vergi fəlsəfəsinə uyğun olmalıdır, iqtisadiyyatda rəqabəti təşviq etməli, rəqabətə maneə olmamalıdır. Təklif ediəm ki, bu məsələyə baxılsın. Biz işğaldan azad edilmiş ərazilərdə güzəştlərin tətbiq edilməsini dəstəkləyirik. Ancaq rəqabətin qorunması ilə bağlı prinsiplər də olmalıdır. Bu ərazilərlə bağlı qanunvericiliyə "xüsusi vergi bölgəsi" anlayışının gətirilməsinə ehtiyac var ki, bu anlayış həmin ərazilərdən kənarda fəaliyyət göstərən sahibkarların rəqabət imkanlarını məhdudlaşdırmasın", - deyə o qeyd edib.

İclasda iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə bildirib ki, vergi güzəştlərinin məqsədi həmin əraziləri dirçəltməkdir: "Bu, daha vacibdir. Çünki, məqsədimiz rəqabətdən çox işğaldan azad edilmiş əraziləri dirçəltmək, məhz orada məhsul istehsal etməkdir ki, insanlar həmin ərazilərə getsinlər, məskunlaşsınlar və yaşasınlar"./Report

Seçilən
6
3
sitat.info

7Mənbələr