AZ

Əməkdar artistdən anası ilə bağlı ŞOK AÇIQLAMA


Rusiyanın əməkdar artisti, balerina Anastasiya Voloçkova öz anası ilə niyə ünsiyyət qurmadığından danışıb.

News24.az Söz.az-a istinadən xəbər verir ki, balerina münasibətlərinin korlanmasının səbəbinin anasının qazanc axtarışında olması ilə əlaqələndirib. 

“Anamın məni uşaq olaraq deyil, biznes layihəsi kimi gördüyünü anladım. Bir anda qarşımda oturub soruşdu: “Hər bir konsertinə görə mənə nə qədər ödəyəcəksən?” Düzünü desəm, tamaşalarımın əksəriyyətinin xeyriyyə məqsədi daşıdığını nəzərə alsaq, şoka düşdüm. Başa düşürsünüz? Mən onlardan bir qəpik də almırdım, amma anam götürürdü”.

Əməkdar artist sevgilisinin ona aldığı mənzilin anası tərəfindən satıldığını da etiraf edib: “Mən o vaxt Süleymanla görüşürdüm və o, mənə Sankt-Peterburqda studiya da daxil olmaqla bir neçə mənzil hədiyyə etmişdi. Bu zaman anam təlaşa düşdü və istədi ki, bu studiya onun adına keçirilsin. Süleyman bunu etdi”.

Və illər sonra Voloçkova övladı ilə çətin vəziyyətə düşərək oranı satmaq qərarına gələndə anası isə studiyanı çoxdan satdığını söyləyib.

“İnana bilmədim... Öz anam... Məhz bundan sonra anama dedim: “Sağ ol, uğursuz. İndi məndən alınan bu pulla yaşa”, - deyə Voloçkova vurğulayıb.


Seçilən
13
news24.az

1Mənbələr