Ötən gün Liverpulda telefon köşkündə öpüşən 2 ortayaşlı cütlük polis tərəfindən cərimə olunub.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb onların saatlarla köşkdə qalmaları və telefon xidmətindən istifadə etməmələri olub.
Hətta telefon xidmətindən istifadə etmək istəyən bir neçə insan irad bildirsə də, sevgili cütlük buna məhəl qoymayıb.
Polisin müdaxiləsindən sonra hər iki şəxs 500 funt məbləğində cərimə olunub.
Ağa Dadaşzadə