Suriya Hərbi Hava Qüvvələri Hələb vilayətinin qərbində terrorçu qruplaşmaların mövqelərinə zərbələr endirib.
Oxu24.com bu barədə Suriya təhlükəsizlik qüvvələrinə istinadən xəbər verir.
Agentliyin mənbəsinin sözlərinə görə, zərbə nəticəsində düşmənin canlı qüvvəsinin cəmləşdiyi yerlər məhv edilib. Bundan əlavə, Suriya Hərbi Hava Qüvvələri “terrorçuların artilleriya mövqelərinin” nəzarət nöqtəsini vurub.
Kadrlarda “insan qüvvəsinin cəmləşməsi, habelə idarəetmə mərkəzi və terrorçuların artilleriya mövqeləri məhv edilib”.
Bir gün əvvəl CNN Suriya müxalifətinin silahlı qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirmişdi.
Kanalın mənbəsinin məlumatına görə, döyüşlər nəticəsində yaraqlılar 13 yaşayış məntəqəsini ələ keçirib. Onların strateji əhəmiyyətli Urm-əs-Suğra şəhərlərini və bu bölgədəki ən böyük hərbi baza olan Ancaranı da ələ keçirdikləri dəqiqləşdirilib. Bundan başqa Hələbdən təxminən 20 kilometr aralıda yerləşən Urm əl-Kubra şəhəri də işğal edilib.
Nəticədə noyabrın 29-da Suriya ordusu Hələb və İdlibin çöllərində silahlı yaraqlıların mövqelərinə əks hücuma keçib. Əks-hücum suriyalı döyüşçülərin “terrorçulara ağır itkilər verməsindən” sonra başlayıb.
Nigar