Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin ekipaj səhvi səbəbindən batdığı müəyyən edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu ilin oktyabrında Samoa sahillərində kəşfiyyat işləri apararkən Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinə məxsus "HMNZS Manawanui" hidroqrafik tədqiqat gəmisinin batması ilə bağlı araşdırmanın ilkin nəticələri ictimaiyyətə təqdim edilib.
Məlumata əsasən, istintaqı aparan hərbi məhkəmənin ilkin qənaətinə görə, qəzanın ekipajın avtomatik pilotda olduğunu anlamaması və quruya doğru hərəkət edən gəmiyə müdaxiləni gecikdirməsi nəticəsində baş verdiyi müəyyən edilib.
Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Gavin Qoldinq verdiyi açıqlamada, "Qəzanın səbəbinin gəminin avtopilotunun olması lazım olan anda sıradan çıxmamasına səbəb olan bir sıra insan səhvlərinin olduğu" deyib.
Yeni Zelandiya donanmasının 9 gəmisindən biri olan "HMNZS Manawanui" ölkənin İkinci Dünya müharibəsindən sonra batan ilk gəmisi olub.