AZ

Ərdoğan göstəriş verdi: MİT tədbir görür

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Abdullah Öcalanla bağlı çağırışını müsbət qarşıladığı və tapşırıqlar verdiyi bildirilib.

Publika.az xəbər verir ki, MHP sədri Dövlət Baxçalının DEM Partiyası üzvləri ilə terrorçu lider Abdullah Öcalanın bir an əvvəl üz-üzə görüşməsi ilə bağlı açıqlamalarından sonra Ərdoğanın DEM rəhbərlərinin İmralıya səfərini müsbət qarşıladığı qeyd olunub.

Ərdoğan bu məsələ ilə bağlı ədliyyə naziri Yılmaz Tunçla görüşüb və səfər üçün icazə prosesinin sürətləndirilməsi barədə göstəriş verib.

Türkiyə mətbuatında yer alan xəbərə görə, Ərdoğanın bundan öncəki həll prosesində baş verənlərin təkrarlanmaması üçün yeni prosesin “ehtiyatlı və diqqətli” aparılması ilə bağlı göstəriş verdiyi öyrənilib.

DEM Partiyasının bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciətinin qısa müddətdə müsbət nəticələnəcəyi gözlənilir.

Seçilən
14
publika.az

1Mənbələr