AZ

Ukrayna bu ölkələr arasında bölüşdürüləcək -Rusiya

Ukrayna ərazisinə xarici qoşunların kontingentinin yerləşdirilməsi Qərbin Rusiya ilə birbaşa qarşıdurmaya cəlb olunması demək olacaq.

Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan əlavə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu bildirib ki, Qərb ölkələri Ukraynanın döyüş qabiliyyətini bərpa etmək üçün ölkəyə sülhməramlı kontingent yerləşdirmək niyyətindədirlər, onun sayı 100 minə yaxın hərbçi olacaq. 

"Hadisələrin belə inkişafı Ukraynanın işğalı deməkdir", - məlumatda qeyd olunub. 

Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Qərb ayrı-ayrı Avropa ölkələri arasında Ukrayna ərazilərini bölüşdürməyi planlaşdırır. Beləliklə, Ukraynanın Qara dəniz sahilinin Rumıniyaya, ölkənin qərbinin Polşaya, Ukraynanın mərkəzi və şərqinin Almaniyaya, şimalının isə Kiyev bölgəsi ilə İngiltərəyə veriləcəyi gözlənilir.

Kremlin mətbuat katibi Dmitri Peskov SVR-nin bəyanatını şərh edərkən bildirib ki, Ukraynada sülhməramlıların yerləşdirilməsi yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündür.

Seçilən
4
1
oxu24.com

2Mənbələr