AZ

İstintaq BAŞLADI: CHP sədri dövlət məmurlarını təhqir edib, terrorçularla... - ŞOK

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel haqqında İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Musavat.com xəbər verir ki, Türkiyə mediasında yayılan məlumata əsasən, Özgür Özel “dövlət məmurlarını təhqir etmək və terror və terrorçularla mübarizə aparan insanları hədəfə almaq”da ittiham olunur.

Prokurorluq bu ittihamların ciddiliyini əsas gətirərək məsələ ilə bağlı hüquqi araşdırmalara başlayıb.

İstintaqın açılmasına səbəb kimi, Özəlin İstanbul Baş Prokuroru Akın Gürlək barədə səsləndirdiyi fikirlər göstərilir. CHP sədrinin prokuror haqqında sərt ifadələr işlədərək onu hədəfə alması ictimai və hüquqi dairələrdə geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı hələlik Özgür Özəlin özü və ya CHP tərəfindən rəsmi açıqlama verilməyib. Hadisə Türkiyə siyasi arenasında yeni gərginliklərin başlanğıcına işarə kimi dəyərləndirilir.

Seçilən
0
1
paytaxt.org

2Mənbələr