AZ

Ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir – TƏHLİL

Ekoloji təhlükəsizliyin, eləcə də tarazlığın təmin edilməsi üçün ətraf mühitin mühafizəsi xüsusilə diqqət mərkəzində olmalıdır. Unutmaq lazım deyil ki, ekoloji şərait məhz insan cəmiyyətinə, yer üzünün bütün insanlarına, eləcə də fauna və floraya, ümumilikdə, planetimizə öz təsirini göstərməkdədir və heç də təsirsiz ötüşmür. Elə buna görə də ekologiyanın və ətraf mühitin mühafizəsi bəşəriyyətin ən aktual məsələlərindən hesab olunur.

Heç şübhəsiz ki, insan cəmiyyəti inkişaf etdikcə, insanların sayı artdıqca, ətraf mühitə olan təsirlər də artır. Çünki insanların sayı artdıqca, tələbat böyüdükcə, təbii sərvətlərin istismarı da artır və bu səbəbdən də tullantıların həcminin artması məsələsi də ortaya çıxır. Bu şəkildə artım və həmin artımın qarşısının alınmaması isə ətraf mühitin getdikcə daha artıq dərəcədə çirklənməsinə gətirib çıxara bilər. Məhz bunun, bu artımın qarşısının alınması artıq bütün dünyanı düşündürməyə bilməz. Ona görə ki, tullantıların həcminin durmadan artması ilk növbədə, ətraf mühitin çirklənmə səviyyəsinin də artmasına səbəb olur və bu da ümumilikdə, insan cəmiyyətinə, onun yaşayışına, sağlamlığına mənfi təsirlərin daha da artması deməkdir və bu məsələnin diqqətdə saxlanılması ən aktual məsələ olaraq bütün dünyanın diqqətindən elə buna görə yayınmır.

Sözsüz ki, təbii ehtiyatlardan rasional istifadə indi ümumbəşəri məsələ olaraq qəbul edilir və bu heç də təsadüfi, yaxud səbəbsiz deyil. İlk növbədə nəzərə almaq lazımdır ki, təbii sərvətlərdən lazımi şəkildə, rasional istifadə edilməsi ekoloji tarazlığın qorunub saxlanması baxımından qaçılmazdır. Hər şeydən əvvəl, su, torpaq və atmosfer havası çirklənmədən mühafizə edilməlidir, daha çox qorunmalıdır və məhz bunun üçün də təbii sərvətlərdən lazımi şəkildə istifadə edilməlidir. Məhz bu məsələlərə bütün bəşəriyyətin daha həssas yanaşması, bunun daha aktual məsələlərdən hesab edilməsi başadüşüləndir. Ona görə ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, çirklənmənin minimuma endirilməsi bütün bəşəriyyətin qarşılaşa biləcəyi arzuolunmaz halların qarşısının alınması üçün vacibdir.

Heç kim üçün sirr deyil ki, Azərbaycan neft hasil edən və ixrac edən ölkədir və insanların ictimai həyatında əvəzolunmaz yer tutan, insanların gündəlik həyatlarının bir çox sahələrində istifadə edilən həmin neft məhsullarının həm hasil edilməsi, həm də istehlakı zamanı səmərəlilik, öncə qeyd olunan rasionallıq nəzərə alınmazsa, xoşagəlməz hallarla qarşılaşma riski artar. Təbii ki, rasionallığın və səmərəliliyin nəzərə alınmaması ilk növbədə, ehtiyatların və onların tullantılarının həcminin artmasına, beləliklə də ətraf mühitin, bizi əhatə edən atraf aləmin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Elə buna görə də, məhz bütün bünlar nəzərə alınaraq, Azərbaycanda aparılan ekoloji siyasət cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Çünki Azərbaycan ictimaiyyəti, vətəndaşlarımız çox yaxşı başa düşürlər ki, məqsəd əlbəttə ki, ekoloji tarazlığın pozulmasının qarşısının alınmasından ibarətdir. Başa düşürlər ki, əgər belə bir siyasət həyata keçirilməzsə, ətraf mühitin elə insan cəmiyyətinin özü tərəfindən çirkləndirilməsinin, eləcə də təbiətin, fauna və floranın mühafizəsinin qarşısını almaq mümkün olmaz. Sözsüz ki, xoşagəlməz halların qarşısının alınması üçün yarana bilən ekoloji problemlərin təhlil edilib, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramlarının təsdiq edilməsi, illər ərzində onların icrası istiqamətində tədbirlərin görülməsi heç də təsadüfi və əbəs yerə deyil.

Müstəqilliyimizin yenidən bərpa edildiyi vaxta qədər Azərbaycanda ekoloji məsələlərə zərrə qədər də əhəmiyyət verilmədiyinin şahidi olan vətəndaşlarımız az deyillər. Məhz Sumqayıt kimi bir sənaye şəhərinin SSRİ-nin mövcudluğu dövründə ekoloji baxımdan hansı dərəcədə çirkli olduğu, ümumiyyətlə, hansı vəziyyətdə olduğu çoxlarına bəllidir. Azərbaycanın həmin sənaye şəhərində olan kimya zavodlarının məhz qeyd etdiyimiz dövrdə ətraf mühitə nə dərəcədə zərər verdiyini yaxşı bilirik. Onu da bilirik ki, məhz həmin zavodlar o dövrdə ölkəmizdə ətraf mühitin çirklənməsini nəzərə də almırdı, çünki paytaxt Moskva üçün daha böyük həcmdə məhsul istehsalı maraqlı idi və Azərbaycanda ekoloji tarazlığın pozulması, ekoloji baxımdan təhlükəli şəraitin yaranması, ətraf mühitin çirklənməsi Kremli heç də maraqlandırmırdı. Xatırladaq ki, həmin dövrdə də Ümummilli Lider Heydər Əliyev məhz tullantıların azaldılması, zəhərli qazların miqdarının minimuma endirilməsi məqsədi ilə dövrünün daha modern texnologiyalarının tətbiqini nəzərdə tutan zavodların qurulması və istismarı məsələsini Moskva qarşısında konkret olaraq irəli sürmüşdü və Ulu Öndərimiz bunu ölkəmizdə ekoloji tarazlığın pozulmaması, qorunması, ətraf mühitin, ekologiyanın mühafizə edilməsi üçün nəzərdə tuturdu.

Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ekologiyanın, ətraf mühitin mühafizəsi ən aktual məsələlərdən sayılır. Məhz həmin dövrdən etibarən ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi dövlətimizin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütün sahələr kimi, ekologiya və ətraf mühitin mühafizəsinə də ciddi şəkildə diqqət və qayğı göstərir. Məhz ölkə başçısının rəhbərliyi ilə təbiətin, ətraf mühitin qorunması istiqamətində əməli addımlar atılır. Dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi illər ərzində təbiətin qorunması istiqamətində praktiki və əməli addımlar atıldığının hər birimiz çanlı şahidiyik. Məhz cənab İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edildiyini də, bunun öz müsbət nəticələrini artıq göstərdiyini də müşahidə edirik. Elə 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması özü belə, ölkə rəhbərimizin, cənab Prezidentin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər, hansı dərəcədə önəm verdiyini, eləcə də xüsusi diqqət ayırdığını təsdiq edən məqamdır. Hazırda ekologiyanın, ətraf mühitin qorunmasına nə dərəcədə önəm verildiyi də təkzib edilə bilməz. Ölkəmizdə ətraf mühitin qorunmasına, fauna və floranın mühafizəsinə, ümumilikdə, ekoloji tarazılığın qounub saxlanmasına xüsusi qayğı ilə yanaşıldığı yaşıllıqların salınmasında, meşələrin qorunmasında, təbiətimizdə istər bitgi örtüyünün, istərsə də heyvanat aləminin mühafizəsində öz əksini, öz təsdiqini tapır. Bir daha görürük ki, ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi ən aktual məsələlərdəndir.

Müəllif: İnam Hacıyev

6.3.17. “Ekologiya və ətraf mühitin mühafizəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Seçilən
16
sia.az

1Mənbələr