General ən qaynar bölgələrdə ordunu gücləndirir
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Aleksandr Sırski Donetsk vilayətinin ən qaynar bölgələrində müdafiə qüvvələrinin bölmələrini gücləndirmək qərarına gəlib.
Reyting.az xəbər verir ki, general müdafiə qüvvələrini gücləndirmək üçün Donetsk vilayətində - Pokrovski və Kuraxovski istiqamətlərində müəyyən işlər görüb.
Sirski bildirib ki, əsas məqsəd bilavasitə döyüşən komandirlərlə şəxsən əlaqə saxlamaq, problemli məsələləri həll etmək və hərtərəfli köməklik göstərməkdir:
“Görülən işlərin nəticələrinə əsasən bölmələrin ehtiyat, əlavə sursat, hərbi texnika və silahlarla gücləndirilməsi üçün bütün lazımi qərarlar qəbul edilib”.
Onun sözlərinə görə, ukraynalı müdafiəçilərin mətanəti və cəsarəti düşmənin bu ərazilərdən xeyli kənara çıxan planlarını pozur: “Biz düşməni saxlamaqda davam edirik və o, canlı qüvvə və texnika ilə böyük itkilər verir”.
ELÇİN