“Bu oyun bizim üçün çox önəmli idi. Çünki 3-cü turda “Gəncə”yə məğlubiyyətdən sonra komandanın əhval-ruhiyyəsi korlanmışdı”.
İdman.biz xəbər verir ki, bunu “Ordu”nun baş məşqçisi Alberto Blanko deyib.
İspaniyalı mütəxəssis ABL-nın IV turunda “Lənkəran”la 92:55 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: “Bu matça dönüş nöqtəsi kimi baxırdıq. Görüşə çox yaxşı başladıq. İlk periodda yaxşı üstünlük qazandıq. Oyunçular topla yaxşı davranır, çox qaçır, hərəkət edirdilər. Ancaq ikinci periodda bir qədər arxayınlaşdılar. Sonrakı hissələrdə isə üstünlüyü tərəfimizdə saxladıq və layiqli qələbə qazandıq. Sonrakı görüşlərdə bu tempdə davam etsək, istədiyimiz nəticələri əldə edəcəyik”.
Qeyd edək ki, bu qələbədən sonra “Ordu” B qrupunda 7 xalla liderdir.
İdman.biz