Bakı. Trend:
Avropa, xüsusən də Fransa beynəlxalq siyasi arenada itirilmişnüfuzunu bərpa etməyə tələsir.
Bunu Trend-in suallarını cavablayarkən TürkiyəninUludağ Universitetinin professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, dəyişən və fərqliləşən dünya nizamı şəraitindəyeni siyasətlər yürütməyə çətinlik çəkən Avropanın yeritdiyiklassik xarici siyasət getdikcə iflasa uğrayır və Avropa bütündünyada nüfuzunu itirir.
"Aİ ölkələri arasında ən böyük reputasiya itkisinə məruz qalanFransanın öz arxa bağçası kimi gördüyü Afrikadan qovulması,xüsusilə Fransa və ümumilikdə Aİ üçün daha bir uğursuzluq oldu.Xarici siyasətinin uğursuzluğundan yaranan mənfi imicdən qurtulmaqüçün Avropanın yeni uğur hekayələrinə ehtiyacı var.
Xüsusilə Fransa COP29 Sammitində uğurlu təşkilatçılıqqabiliyyəti ilə dünyada imicini yüksəldən Azərbaycanı hədəfəalaraq, Ermənistan vasitəsilə sıxışdırmağa çalışaraq CənubiQafqazda təsir dairəsi yaratmaq istəyir. İctimai rəydə nüfuzunuFransa qədər itirən Paşinyanın da uğur hekayəsinə ehtiyacı var",-deyə o bildirib.
M.Yüce həmçinin əlavə edib ki, Paşinyan buna nail ola bilməküçün Azərbaycana qarşı uğur qazanmalıdır.
"Odur ki, getdikcə daha çox silahlanan Paşinyanın Fransa vədigər Qərb ölkələri başda olmaqla, Azərbaycana qarşı kiçik də olsamüharibə planlaşdırdığını görmək mümkündür. Onlarınplanlarınaəsasən bu, həm Paşinyanı düşdüyü vəziyyətdən xilasedəcək, həm də Fransanın yaşadığı xarici siyasət uğursuzluğunu azda olsa düzəldəcək.
Lakin hər iki ölkə Azərbaycanın artan qüdrətindən və dünyadaartan imicindən yetərincə xəbərdar deyil. Çünki belə bir addım həmErmənistan, həm də Fransa üçün yeni bir iflas olardı. Ermənistanyeni dünya konyunkturasında Azərbaycanın yüksələn gücə malikolduğunu görməlidir", - deyə o əlavə edib.