AZ

TİKA Əfqanıstanda məktəb binasını təmir edib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Əfqanıstanın Badqis əyalətində uçmaq təhlükəsi ilə üzləşmiş məktəb binasını bərpa edib. Məlumatı “Anadolu” verib. 

TİKA-nın Herta nümayəndəliyi qeyd edib ki, əsasən türkmənlərin yaşadığı Murçak kəndində yerləşən məktəbdə ibtidai, orta və lisey səviyyələrində iki minə yaxın şagird təhsil alır. Görülən işlər çərçivəsində bina bərkidilib, qapı-pəncərələr yenilənib, divarlar rənglənib. Sinif otaqlarında yeni partalar, stollar, stullar, yazı lövhələri və müxtəlif tədris materialları quraşdırılıb.

Məktəbin açılış mərasimində TİKA-nın Herta ofisinin koordinatoru Ərafat Dəniz təşkilatın ucqar bir bölgədə ehtiyacı olan insanlara yardım edə bildiyinə görə sevincini ifadə edib və təhsil layihələrinə dəstəyin bundan sonra da genişlənəcəyini deyib.

Öz növbəsində, məktəb rəhbərliyi göstərilən yardıma görə TİKA və Türkiyəyə təşəkkür edib. Əksəriyyəti türkmənlər olan məktəb şagirdləri təhsil ocağının açılışı şərəfinə türkmən, türk, fars və puştu dillərində şeirlər söyləyiblər.

P.ƏMİRCANOV
XQ

Seçilən
11
1
xalqqazeti.az

4Mənbələr