Azərbaycanda gələcək dövr üçün yeni Vergi Məcəlləsinin hazırlanması ilə bağlı işlər davam edir. Bütün dəyişikliklər sistemli və strukturlaşdırılmış şəkildə təqdim olunacaq.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva söyləyib.
“Bu, həm vergi ödəyiciləri, həm də vergi orqanları üçün işin daha sadə və şəffaf olmasına imkan verəcək. Nəticədə yeni məcəllə vergi qanunlarının daha asan başa düşülməsini və düzgün tətbiqini təmin edəcək. Yeni Vergi Məcəlləsinin hazırlanması prosesində məqsəd yalnız mövcud sistemin təkmilləşdirilməsi deyil, həm də vergi administrasiyasının daha səmərəli işləməsini təmin etməkdir”, - deyə S.Musayeva əlavə edib.
ZÜMRÜD