AZ

Hansı yağ təmizdır?

Bu gün Bakıda market və mağazalarda  müxtəlif adda kərə yağlar satılır.

Qiyməti  altı  manatdan otuz manata qədir kərə yağlar var. Adam vitrinə baxır, gözləri qamaşır və bilmir ki, hansı yağdan alsın . Ukraynada, Rusiyada, Almaniyada, Fransada, Türkiyədə, Yeni Zelandiyada istehsal olunmuş yağlar. Xüsusilə də Yeni Zelandiyanın" Ankor" yağı daha dadlı və ləzzətlidir.

Amma hansını alırsan görürsən ki, yox, əvvəlki dadı- tamı vermir. O günü qonşum həmin yağı alıb, əridib, qapqara çıxıb! Bir başqa qohumum da  səhər-səhər maqazadan aldığı kərə yağı  yeyərkən qəribə tamı olduğunu deyir. Və deyir ki, o yağı yeyə bilmədim! Bəs onda  Qida Təhlükəsizliyi Agentliyi nəyə nəzarət edir və hara baxır? Ölkənin bazarlarını və marketlərini saxta yağlar ağzına götürüb, ancaq bunun qarşısın alan yoxdu! Hətta camaat deyir ki, o yağlar xaricdən gətirilmir, saxta yolla Bakıda istehsal edilir və ona görə də belə keyfiyyətsizdir.

Əlbəttə, od olmasa, tüstü çıxmaz! Amma bu , fikirlə razılaşmırıq.Görünən odur ki,  kərə yağı adı altında marketlərdə satılan yağlar bir o qədər də keyfiyyətli deyil. Hər halda , qanunsuzluqlar varsa, onun qarşısı  adiyyatı qurumlar tərəfindən vaxtında alınmalıdır ki, sonradan  istelakçılar  problem yaşamasınlar!

Emil Faiqoğlu

Seçilən
15
adalet.az

1Mənbələr