AZ

Fənn müsabiqələrinin qalibləri mükafatlandırıldı

Bu gün Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX fənn müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib.Elm və Təhsil Nazirliyindən TehsilForumu.Az-a bildirilib ki, tədbirdə Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev fənn müsabiqələrinin keçirilmə məqsədi və nəticələri barədə çıxış edib. İstedadlı gənclərə dəstəyin ölkənin innovativ və intellektual inkişafında mühüm rol oynadığını qeyd edən Fuad Qarayev bu cür müsabiqələrin şagirdlərin yüksək intellektual potensialını dəstəkləmək və onların uğurlarını qeyd etmək məqsədilə təşkil edildiyini bildirib.Fuad Qarayev bildirib ki, müsabiqələrdə ümumilikdə 43 min 111 şagird iştirak edib. Onlardan 8800 nəfəri yarımfinal mərhələsinə vəsiqə qazanıb. Müsabiqələrin nəticəsinə əsasən, 307 şagird qalib olub. Onlardan 58 nəfəri qızıl, 95 nəfəri gümüş, 154 nəfəri isə bürünc medalla təltif olunub. Qaliblərin 189 nəfəri oğlan, 118 nəfəri qızdır.Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin təhsilin inkişafına verdiyi töhfələr, qaliblərin əldə etdiyi uğurların Azərbaycanın gələcəyi üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb, bu cür istedadların üzə çıxarılmasının ölkəmizin gələcək elmi kadr potensialının formalaşması baxımından önəmli rolunu vurğulayıb.Çıxışının sonunda nazir müavini bu cür bilik yarışları ilə şagirdlərin təkcə elm deyil, dünyagörüşü qazandıqlarını da bildirib.Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bu cür müsabiqələrin şagirdləri gələcəyə stimullaşdırdığını vurğulayaraq belə yarışlarda təkcə qalibiyyətin deyil, iştirakın da əhəmiyyətli olduğunu bildirib.Daha sonra mükafatlandırma mərasiminə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov şagirdləri təbrik edib.Sonda müsabiqə qalibləri diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.Qeyd edək ki, məktəblilərarası fənn müsabiqələri 6 və 7-ci sinif şagirdləri arasında riyaziyyat, informatika, təbiət, kimya, fizika, biologiya fənləri üzrə 3 mərhələdə təşkil olunur.

Seçilən
2
9
tehsilforumu.az

10Mənbələr