Bu gün Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, mərasimdə ACF və GİN rəsmiləri iştirak ediblər.
Öncə nazir müavini Mariana Vasileva çıxış edərək iştirakçılara uğurlar arzulayıb.
ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu isə cüdoya dövlət səviyyəsində göstərilən diqqət sayəsində idmançıların ölkəmizi beyənəlxalq yarışlarda layiqincə təmsil etdiklərini bildirib.
Builki Azərbaycan çempionatı nüfuzlu beynəlxalq “Grand Slam” turnirləri səviyyəsində təşkil olunub.
Qeyd edək ki, yarışa dekabrın 1-də yekun vurulacaq.