Rusiya 502 əsgərin cəsədini Ukraynaya qaytardı
Repatriasiya tədbirləri nəticəsində Rusiya-Ukrayna müharibəsi zamanı həlak olmuş Ukrayna Silahlı Qüvvələrinin 502 hərbçisinin meyiti Ukraynaya qaytarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə Rəftar barədə Koordinasiya Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Donetsk istiqamətində həlak olan 397 əsgəri, Luqansk istiqamətindən 24, Zaporojye istiqamətindən 64 hərbçi, habelə Rusiyadakı morqlardan 17 nəfərin cəsədi Ukraynaya qaytarılıb.
Rusiya hakimiyyəti hələ ki, mübadilə barədə rəsmi açıqlama verməyib.
Rusiyanın “Hərbi Xəbərçi” teleqram kanalı yazıb ki, Ukraynadan 48 rusiyalı hərbçinin cəsədi geri qaytarılıb.