Qarşılıqlı anlaşmaya əsasən, Azərbaycanın iki vətəndaşı Rusiyadan ekstradisiya ediliblər.
Baş Prokurorluğun Mətbuat xidmətindən Day.Az-a bildirilib ki, Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Onlar barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.