"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 15-ci turu çərçivəsində səfərdə “Araz-Naxçıvan”a məğlub olduqları görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 0:1 hesabı ilə bitən görüşü belə dəyərləndirib:
"Birinci hissədə mövqe mübarizələrinə şahidlik etdik. Amma qol imkanlarımız olmadı. Bu mənada Oto Conun təkbətək qaldığı epizod istisnadır. Adətən belə oyunlar birinci səhvə qədər oynanılır. Təəssüflər olsun ki, həmin səhvi biz buraxdıq.
Komandada rəqabət var. Xüsusilə də hücum planlı oyunçularımız arasında bunu müşahidə etmək mümkündür.
Bəli, “Araz-Naxçıvan”la “Qarabağ”a çatmaq çətin olacaq. Əslində fərq çoxdur. Bu matçdan çox şey asılı idi. Amma qarşıda oyunlar çoxdur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.
“Araz-Naxçıvan” yaxşı təşkilatlanmış, komandadır. Müdafiədə yaxşı oynayırlar. Əsasən də müdafiəyə ciddi fikir verirlər. Ona görə də az qol buraxırlar".