Pentaqon həyəcan təbili çaldı.
Turkustan.az xəbər verir ki, “Oreşnik” raketləri ilə edilən hücumdan sonra Pentaqona toplaşan ABŞ işçiləri Rusiyanın nüvə gücü və strateji addımları ilə bağlı hesabat hazırlayıb. Pentaqonun hesabatına görə, mövcud hava hücumundan müdafiə sistemləri ilə Rusiyanın Ukraynaya atdığı ballistik raketləri dayandırmaq mümkün deyil.
Rusiyanın 21 noyabrda Ukraynaya qarşı atdığı ballistik raketlər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) narahatlığına səbəb olub. Hücumdan sonra ABŞ əməkdaşları xüsusi hesabat hazırlamağa başlayarkən, Ağ Ev və Konqresə təqdim olunacaq əhatəli hesabatda əks olunan ilk məlumatlar diqqəti çəkdi. Hesabatda 'RS 26 - Oreşnik' raketlərini yüksək sürət və manevr qabiliyyətinə görə mövcud hava hücumundan müdafiə sistemləri ilə dayandırmağın mümkün olmadığı bildirilərkən, Rusiyanın yaxın gələcəkdə nüvə müharibəsinə başlamayacağı da qeyd edilib. Kəşfiyyat lobbilərindən alınan son məlumatlara görə, nüvə başlıqları daşımaq üçün istifadə edilən ballistik raketlərinadi döyüş başlıqlarından istifadə edilərək ilk dəfə cəbhə xəttində sınaqdan keçirilməsi Pentaqonda çaxnaşma yaradıb.
Aytən Yaşar/ Turkustan.az