AZ

"Intel"in çip layihəsindən sonra Almaniya yeni subsidiyalar hazırlayır

"Intel" şirkətinin Maqdeburqda 30 milyard avro (32 milyard dollar) dəyərində çip fabriki tikmək planını iki ay öncə dayandırmasından sonra Almaniya hökuməti ölkənin yarımkeçirici sənayesinə milyardlarla avro həcmində yeni investisiyalar hazırlayır.

Valyuta.Az xəbər verir ki, Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü Annika Aynhorn (Annika Einhorn) dünən açıqlamasında yeni vəsaitlərin çip istehsalçılarına "mövcud texnologiyanı əhəmiyyətli dərəcədə aşan müasir istehsal imkanları" inkişaf etdirmək üçün ayrılacağını bildirib.

Bu həftə maliyyələşdirmə planları ilə bağlı keçirilən rəsmi tədbirə qatılan və müzakirələrin ictimaiyyətə açıq olmaması səbəbindən adlarının açıqlanmasını istəməyən iki nəfər, subsidiyaların ümumi məbləğinin təxminən 2 milyard avro olacağını deyib.

Nazirlik sözçüsü isə "Bloomberg"in sualına cavab olaraq daha ətraflı məlumat verməyib, məbləğin "aşağı milyard avro diapazonunda" olacağını söyləyib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi bu ayın əvvəlində çip istehsalçılarının yeni subsidiyalar üçün müraciət etmələri barədə çağırış etmişdi, lakin son rəqəmlər hələ də qeyri-müəyyən olaraq qalır.

Almaniyanın yeni hökuməti fevral ayında seçiləcək və böyük ehtimalla öz büdcəsini planlaşdıracaq. Bu isə hazırda subsidiyalara müraciət edən çip istehsalçıları üçün qeyri-müəyyənlik yaradır.

Rəhim

Seçilən
12
valyuta.az

1Mənbələr