Axşam.az xəbər verir ki, elə bu gün də itburnu bitkisinin müalicəvi xüsusiyyətləri haqqında məlumatlı olanlar apteklərə üş tutmağa tələsirlər. Çünki bu bitki bir çox dərdlərə dərmandır.
Öz zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün saymaqla bitməyən faydaları var. İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir.
Əvvəlcə itburnudan dəmlənmiş çayın faydalarına nəzər salaq:
1. İmmuniteti gücləndirir
2. İltihabi proseslərin qarşısını alır
3. Soyuqdəymə zamanı olduqca xeyirlidir
4. Sinir sistemini sakitləşdirir
5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır
6. Mədə ağrılarını götürür
7. Bağırsaqların təmizlənməsinə kömək edir
8. Ürək-damar xəstəlikləri üçün faydalıdır
9. İştahı açır
10. Qan təzyiqini aşağı salır
11. Maddələr mübadiləsini normallaşdırır
12. Sidikqovucu xassəyə malikdir
13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir