AZ

Hökumət ərzaq qiymətlərinin sabitləşməsi üçün tədbirlər görür

Rusiya hökuməti ərzaq qiymətlərinin sabitləşməsi üçün tədbirlər görür.

SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Patruşev məlumat verib.

Onun sözlərinə görə, bir sıra məhsulların qiymətinin artması bu mallara tələbatın yüksək olması ilə bağlıdır.

...Bir sıra ərzaq məhsullarına tələbatın artması və nəticədə onların qiymətlərinin artması tendensiyası nəzərə alınaraq, hökumət malların iqtisadi əlçatanlığının artırılmasına yönəlmiş əlavə tədbirlər görür, -deyəPatruşev bildirib.

Baş nazirin müavini ilk olaraq vurğuladı ki, hökumət istehsalçılar və qida zəncirləri ilə müqavilələr bağlayır. Bu tədbir “borş dəsti”ndən şəkər, çörək, yağ və tərəvəz kimi məhsullara aiddir.

Hazırda Rusiyada bu cür tədbirlərin görüldüyü 36 region var. Nəticələr artıq görünür. Vəziyyət Federal Antiinhisar Xidmətinin nəzarəti altındadır, agentlik qiymətlər sabitləşdikdən sonra da vəziyyəti izləməyə davam edəcək.

İkincisi, hökumət tərəvəz tədarükçüləri ilə uzunmüddətli müqavilələr bağlamağın tərəfdarıdır. Belə tədbirlərin kənd təsərrüfatı müəssisələrinin vasitəçisiz satışına zəmanət verməsi ilə yanaşı, istehsalçılar məhsullarının dəqiq satış qiymətini biləcəklər.

Sonda Patruşev vurğulayıb ki, Rusiya bazarı bütün lazımi məhsullarla tam təmin olunub.

Əli Babayev

Seçilən
16
sia.az

1Mənbələr