Bakı. TurkicWorld:
Noyabrın 29-da Efiopiyanın Baş nazirinin ofisində dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində görüş keçirilib.
Bu barədə TurkicWorld-a İZİA-dan məlumat verilib.
Bildiirlib ki, İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, İZİA-nın təqdimatı nümayiş etdirilib.
Görüşdə sənaye zonaları sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsi, bu istiqamətdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, iki ölkənin sahibkarları arasında birgə biznes layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.