AZ

Amorim: “Mən ona inanıram’

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yarımmüdafiəçi Mason Maunt haqda danışıb.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ingiltərəli futbolçuya inandığını bildirib:

“Mən Masona inanıram. O, istedadlı oyunçu olduğunu hamınıza sübut etdi. Çempionlar Liqasının qalibi oldu. Ona görə də ona böyük inamımız var. O, formada qalmalı və çox çalışmalıdır”.

25 yaşlı Maunt 2023-cü ildən “qırmızı şeytanlar”ın heyətində çıxış edir.

Seçilən
17
futbolpress.az

1Mənbələr