Son illərdə şərab istehsalı davamlı olaraq azalır və 2024-cü ildə son 63 ilin ən aşağı səviyyəsinə enəcəyi proqnozlaşdırılır.
Valyuta.Az xəbər verir ki, bu barədə "Ümumdünya Üzüm və Şərab Təşkilatı"nın AFP agentliyinə istinadən verdiyi açıqlamada qeyd olunub.
Dünya üzrə şərab istehsalının 85%-ni təşkil edən 29 ölkənin məhsul məlumatlarına əsasən, 227-235 milyon hektolitr şərab istehsal olunacağı gözlənilir. Bu göstərici 1961-ci ildən bəri ən aşağı səviyyədir. Həmin il istehsal həcmi 220 milyon hektolitr təşkil etmişdi.
"İqlim problemləri hər iki yarımkürədə yenidən qlobal istehsalın azalmasının əsas səbəbi olub," OIV vurğulayıb. Avropada, Portuqaliya və Macarıstan istisna olmaqla, istehsalın yenidən aşağı səviyyədə olması gözlənilir.
2024-cü ildə İtaliya 41 milyon hektolitr ilə şərab istehsalında lider olacaq. Fransa 36,9 milyon hektolitr ilə ikinci yerdə qərarlaşacaq, lakin illik istehsalda 23%-lik kəskin azalma müşahidə olunacaq. İspaniya isə üçüncü yerdə olacaq.
Rəhim