AZ

Suriyada Rusiya, İran və ABŞ qüvvələri sıxışdırılır: HTŞ Hələbə girib, Türkiyənin dəstəklədiyi qrup isə YPG-yə qarşı hücuma başlayır - FOTOLAR

Suriyada prezident Bəşər Əsəd rejiminə müxalif olan və əsasən sələfilərdən (vəhaibi) ibarət olan "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması hökumət qüvvələrinin nəzərətində olan daha 18 kənd və qəsəbəni ələ keçirib və artıq Hələbə giirblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən qəfil hücumla 32 qəsəbə və kəndi ələ keçirən silahlı qruplar ötən gecə səhərdək Əsəd rejimi, İran və Rusiyaya bağlı hərbi qüvvələrlə döyüşüb və daha 18 bölgəni nəzarət altına alıblar.

"Hələb vilayətinin qərb istiqamətində çöllük ərazidə ilk dəfə dünən səhər tezdən başlayan toqquşmalar gün ərzində davam edib. Ötən gün Hələbin qərbində 32 kənd və məntəqəni nəzarətə götürən silahlı qruplar bu gün daha 18 kəndi ələ keçirib. Hələbin qərb çölündə HTŞ-nin nəzarəti ələ keçirdiyi qəsəbə və məntəqələr arasında Əl Ragib təpəsi, Küptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi, Kefer Beşme, Basartun, Hur, Elkasimiyye, Kefer Bissin, Şeyx Akil, Hırderkal, Acemi, Urumsugra, Uveycil, El Hüte, El Daba, Urum Elkübra, Bişantara, Bakdina, Cemiyet Elmaari, Cemiyet Ebu Amşe, Cemiyet Emin, Cemiyet Manahil, Cemiyet er Rıdvan, Engineer, Arnaz, Kefernaha, Kanasel, Kefercum, Şeyx Ali, Babis , Kefer Naha, Arrade, Mühəndis 2, Baskatin, Zirbə, Mənsurə və digər kənd və qəsəbələr var.

HTŞ qüvvələri bu gün səhər saatlarında Hələb şəhər mərkəzinin 3 kilometrliyinə yaxınlaşıblar. Onlar artıq şəhərin girişində bir neçə qəsəbəni də ələ keçirib. Bununla təxminən 320 kvadrat kilometr ərazi onların nəzarətinə daxil olub. Bölgədə savaş hər keçən saat daha da şiddətlənir..."

Xəbərdə o da deyilir ki, günün ilk saatlarında Hələb Neyrap Hərbi Hava Limanına da PUA-larla hücum edilib: "Bir helikopter vurulub".

Məlumata görə, qruplaşma xeyli əsir də götürüb, onların arasında rus hərbçilər də var: "Hazırda Suriya və Rusiya hərbçiləri silahlı qrupları əsasən havadan və top atəşləri ilə vururlar. Ancaq yüngül və ağır texnikalarla (Əsasən PikAP-larla) parakəndə hərəkət edən qruplaşmanı dayandırmaq çətinləşib...".

Türkiyə mətbuatı yazır ki, bu gün səhər saatlarında Türkiyənin himayəsi altında olan Azad Suriya Ordusu (Digər adı Suriya Mili Ordusu - Mia.az) İdlib vilayətinin şərqində yerləşən Serakip bölgəsində Əsəd rejiminin nəzarətində olan Trimbe, Dadih, Keferbattih, Kubas, Şabur və Mardih kəndlərini ələ keçirib:

"Bununla yanaşı, Suriya Milli Ordusu Suriyanın (SMO)  şimalında ABŞ-ın "qanadının altında" olan terror təşkilatı PKK/YPG-yə qarşı hərəkətə keçib. Artıq Azezdən SMO Tel Rıfat istiqamətinə xeyli PikAP-lı hərbi qüvvə cəmləyib və bu proses artan xətlə davam edir. Yaxın saatlarda PKK/YPG-yə qarşı HTŞ sayaq güclü əməliyyatın başlanması an məsələsidir".

Tahir Şəlvəli

MİA.AZ

Seçilən
9
47
mia.az

10Mənbələr