AZ

Gürcüstanda növbəti mitinq: DİN etirazçılara xəbərdarlıq etdi

Gürcüstanın daxili işlər nazirinin mavini Aleksandre Daraxvelidze brifinq keçirərək mitinq iştirakçılarına xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, o, iştirakçıları və təşkilatçıları qanunla müəyyən edilmiş çərçivələrdən kənara çıxmamağa çağırıb.

Sosial şəbəkələrdə müxtəlif strateji əhəmiyyətli obyektləri bloklamağa çağırışlar olduğunu, o cümlədən televiziya kanallarını, dəmir yolu stansiyalarını, mərkəzi magistralları və digər əsas obyektləri piket etməklə bağlı fikirlər səsləndirildiyini bildirıə Darxvelidze mitinqin təşkilatçılarına və iştirakçılarına xatırladıb ki, belə cinayətlər 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnir.

Qeyd edək ki, Gürcüstan parlamentinin binası qarşısında başlayan növbəti mitinq səbəbilə ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Seçilən
5
10
publika.az

9Mənbələr