AZ

“İmişli”nin yeni stadionunda futbolçular hansı problemlə üzləşdi? – Aqşin Mürsəlov durumu açıqladı

1-ci liqanın 8-ci turunda “İmişli” evdə “Qaradağ Lökbatan”ı məğlub edib – 2:1.

“İmişli” yenilənmiş meydanda aylar sonra ilk oyununa çıxdı. Premyer-liqaya iddialı klubun bəzi problemlərlə üzləşdiyini də bilirik. Hətta PFL-in noyabrın 18-də İmişliyə göndərdiyi komissiya otaqlarla bağlı nöqsan da aşkarlamışdı. Lakin əsas narahatlıq ot örtüyü ilə bağlıdı.

Görəsən, açılış oyununda hansısa problem yaşanmayıb? “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov “Football-plus.az”a bu haqda danışdı:

“Düzü, meydançanın daha çox dağılacağını düşünürdük. Hələ tam oturuşmayıb qazon. Təbii ot belədi ki, gərək bir müddət kötük atsın. Pis olmadı. Bir qədər futbolçularımız narahat oldu, çünki həmişə süni meydançada məşq edirlər, oynayırlar. Buna görə ayaq donmaları oldu. Məşqçi də dedi ki, hər kəsin ayağı donub. Meydança ilə bağlı hansısa əlavə problem olmadı. Otaqları az-çox təmir etmişdik. Düzdü, stadion ideal deyil, amma 1-ci liqa üçün ən yaxşılardan biridi. Hədəfimiz premyer-liqa səviyyəsində stadion düzəltməkdi. Bunun üçün vaxt lazımdı”.

RÖYANƏ OĞUZ
Seçilən
20
football-plus.az

1Mənbələr